03.12.2020 20:53

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan və Azərbaycanı Qarabağda öhdəliklərin icrasına və uzunmüddətli sülh sazişinin hazırlanmasına çağırıblar

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri birgə bəyanatla çıxış edərək Ermənistan və Azərbaycanı Dağlıq Qarabağda və ətraf rayonlarda öz öhdəliklərinin tam həcmdə icrasını davam etdirməyə çağırıblar.

“ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri, RF XİN başçısı Sergey Lavrov, ABŞ Dövlət katibinin müavini Stiven Biqan və Fransanın xarici işlər və Avropa işləri üzrə naziri Jan-İv Lö Drian Azərbaycan Respublikası və RF prezidentləri və Ermənistanın baş nazirinin 9 noyabr 2020-ci il tarixli bəyanatına əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların dayandırılmasını alqışlayırlar”, - RF XİN-in saytında dərc olunan sənəddə qeyd olunur.

Həmsədr ölkələr hərbi əməliyyatların yenidən başlanmamasına zəmanətin təminatına yönələn RF tərəfindən Azərbaycan və Ermənistanla razılaşdırılan tədbirlərin əhəmiyyətini vurğulayırlar.

“Onlar Dağlıq Qarabağ münaqişəsi nəticəsində, o cümlədən bu yaxınlarda hərbi əməliyyatlar nəticəsində köçürülən şəxslərin davamlı əsasda könüllü, təhlükəsiz və layiqli qayıdışının təminatının vacibliyini vurğulayırlar. Onlar diqqəti Dağlıq Qarabağda və ətraf rayonlarda tarixi və dini irsin qorunmasının əhəmiyyətinə yönəldirlər. Həmsədr ölkələr Azərbaycan və Ermənistanı qeyd olunan ərazilərə dair öz öhdəliklərinin icrası məqsədilə aidiyyəti büynəlxalq təşkilatlarla tam mənada əməkdaşlığa və humanitar çıxışın təminatına çağırırlar”, - bəyanatda qeyd olunur.

“Həmsədr ölkələr “təkidlə Ermənistan və Azərbaycanı həmsədrlərin himayəsi ilə uzunmüddətli və davamlı sülh sazişinin hazırlanması məqsədilə hazırki atəşkəsdən istifadə etməyə çağırırlar”.

“Bununla əlaqədar, həmsədr ölkələr tərəfləri təkidlə imkan olan kimi regionda həmsədləri qəbul etməyə və razılaşdırılan zaman çərçivəsinə uyğun olaraq bütün qalan məsələlərin həlli məqsədilə substantiv danışıqların aparılmasına hazırlıq nümayiş etdirməyə çağırırlar”, - bəyanatda deyilir.

Sənəddə qeyd olunur ki, əvvəl olduğu kimi, həmsədr ölkələr regionda süıh, sabitlik və rifaha yardıma dair göstərilən səylərə və bu məqsədə nail olmağa tam mənada sadiqdirlər. **


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.