Azərbaycan və Türkiyə yan-yana durduqca bütün prolemlərin öhdəsindən gələcək. Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
“Ümid edirəm ki, Azərbaycan, mənim qardaşım İlham Əliyevin bacarıqlı rəhbərliyi altında dastanlar yazmağa davam edəcək. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi faktı mübarizənin başa çatması anlamına gəlmir”, - Ərdoğan cümə axşamı Bakıda Zəfər paradında çıxışında bildirib.
“Müharibə qanunu ciddi şəkildə pozulub, insan ləyaqəti tapdalanırdı. Bizim borcumuz bütün bunarın cəzasını verməkdir. Ermənistan rəhbərləri Azərbaycanın torpaqlarını işğal altında saxlamaq üçün xalqın bütün resurslarını sərf ediblər. Dağlıq Qarabağa qətliam və göz yaşından başqa heç bir şey gətirməyənlər artıq ağıllarını başlarına yığmalıdırlar”, - o əlavə edib.
Ərdoğan bəyan edib ki, erməni siyasətçiləri və diaspor strukturları öz xalqını fəlakətə düçar edib. “Əgər erməni xalqı Qarabağ müharibəsdindən nəticə çıxararsa, regionda yeni dövr başlayacaq”, - Ərdoğan əlavə edib. **
N.Abbasova