Azərbaycan və Türkiyə XİN başçıları daxili pasportlarla qarşılıqlı səfərləri nəzərdə tutan protokol imzalayıblar. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.
“Qardaşım Ceyhun Bayramovla imzalanan protokola əsasən, yaxın zamanda Türkiyə və Azərbaycan arasında şəxsiyyət vəsiqəsi ilə səyahət etmək mümkün olacaq”, - Çavuşoğlu qeyd edib.
Xəbər verildiyi kimi, Azərbaycan və Türkiyə vətəndaşları üçün 90 günlük vizasız rejim 2020-ci il avqustun 13-dən qüvvəyə minib.
Türkiyə artıq Gürcüstan və Ukrayna ilə daxili pasportlarla qarşılıqlı səfərləri təşkil edib. **
X.Nəsirzadə