2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana pul köçürmələrinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,6% azalıb, xaricə pul köçürmələri 23,2% artıb, köçürmələr üzrə müsbət saldo isə $298,9 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
“2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana pul köçürmələri $681,9 milyon təşkil edib ki, bu da 2019-cu ilin 9 ayının göstəricisindən 1,6% azdır”, - deyə məlumatda bildirilir.
Hesabat dövründə Azərbaycandan xaricə pul köçürmələri 23,2% - $383 milyona qədər artıb.
Beləliklə, Azərbaycana pul köçürmələrinin həcmi xaricə pul köçürmələrinin həcmini 78% üstələyib.
Nəticədə hesabat dövründə pul köçürmələri üzrə müsbət saldo 2019-cu ilin müvafiq dövründə qeydə alınmış $381,8 milyona qarşı $298,9 milyon (azalma 21,7%) təşkil edib.*
Ə.Məmmədov