2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 660,8 milyon manat dəyərində tikinti materialları istehsal olunub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 24,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 3 milyon 58,9 min ton sement (azalma 3,4%), 31 min ton tikinti əhəngi (azalma 36,9%), 47,8 min ton sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәri (azalma 40,1%) istehsal olunub.
Yanvar-noyabr aylarında emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatların istehsalı 35,3% - 23,494 min tonadək, asfalt istehsalı 57,1% - 154,2 min tonadək azalıb.
Bu dövrdə tikinti gipsi istehsalı 2,3 dəfə - 20,3 min tonadək, tikinti kərpici istehsalı 21,2% - 462,8 min kubmetrədək, hazır beton qarışığı istehsalı 11% - 1 milyon 757,6 min tonadək, betondan yığma tikinti konstruksiyalarının istehsalı 6,5% - 42,7 min kubmetrədək artıb.*
N.Abbasova