Prezident İlham Əliyev dekabrın 18-də Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovu qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“A.Bortnikov Rusiya prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırıb. Görüşdə bölgədə mövcud vəziyyət, münaqişənin həlli, üçtərəfli Bəyanatın müddəalarının icrası müzakirə edilərək, vəziyyətin sabit olduğu bildirilib”, - deyə məlumatda qeyd olunur.
Söhbət zamanı Azərbaycanla Rusiya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.*
Ə.Məmmədov