Milli Məclisin bu gün keçirilən plenar iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik I oxunuşda qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri xəbər verir.
Dəyişiklik, ilk növbədə, əmək pensiyalarının sığorta hissəsinə əlavələrin ləğvini nəzərdə tutur.
Bundan başqa, əmək pensiyalarının hesablanması qaydalarının tətbiq müddəti artırılıb. Belə ki, 2019-2022-ci illərdə bu qanunla müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanacaq.
Hazırda bu qayda 2019-2020-ci illərdə pensiyaya çıxan şəxslərə aiddir.*
Ə.Məmmədov