Cümə axşamı Türkiyənin milli müdafiə naziriHülusi AkarBakıya səfərə gəlib. Bu barədə "Anadolu" agentliyinə istinadən “İnterfaks-Azərbaycan” məlumat verib.
“Akar Qarabağ üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət edəcək türk hərbçilərlə görüşüb”, - məlumatda qeyd olunur.
Məlumata əsasən, Türkiyənin milli müdafiə naziri hərbiçiləri Azərbaycanla Ermənistan arasında atəşkəsə nəzarətlə ilə bağlı missiyanı icra etməyə hazır olmağa çağırıb.
“Qarabağ üzrə Birgə Mərkəz fəaliyyətə başladıqdan türk hərbçiləri Azərbaycanda qardaşlarımızın hüquqlarını müdafiə etmək üçün vəzifələrini yerinə yetirəcəklər", - Akar vurğulayıb.
Xəbər verildiyi kimi, Qarabağ üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Azərbaycanın Ağdam rayonunda yerləşəcək. Mərkəzdə Türkiyə Silahlı Qüvvəllərinin bir generalı və 35 zabit fəaliyyət göstərəcəklər.
Qarabağ üzrə Birgə Monitorinq Mərkəzinin yaradılmasına dair memorandum cari il noyabrın 9-da Türkiyə və RF arasında imzalanıb. **
X.Nəsirzadə