Neft bazarında qeyri-müəyyənliyin səviyyəsi yüksək olaraq qalır, vaksinin meydana gəlməsinin bazara nikbinlik verməsinə baxmayaraq, balansın əldə olunması üçün hələ mühüm səylər gərəkdir. Bunu Səudiyyə Ərəbistanın energetika naziri şahzadə Əbdül Əziz bin Salman OPEC+ Nazirlər Komitəsinin iclasını açarkən deyib.
Onun sözlərinə görə, bazarın tələbatının ödənilməsi məqsədilə çevikliyi qorumaq lazımdır.
Şahzadə qeyd edib ki, OPEC+ son 4 il ərzində sazişin icrasının ən yüksək səviyyəsinə nail olub və azaldılmayan həcmlərin kompensasiyası mexanizmini razılşadırıb, ölkələr tərəfindən bütün gerilikləri kompensasiya edəcəyinə ümidvar olduğunu ifadə edib.
O, iqtisadiyyatın bəprası üçün vaksinasiyanın yeganə daha vacib amil olacağına dair öz sözlərini xatırladıb.
Nazir xatırladıb ki, vaksinin meydana gəlməsi ilə bazara nikbinlik qayıdıb.
“Dümyada qeyri-müəyyənliyin səviyyəsi yüksək olaraq qalmaqdadır. Öncə olduğu kimi, dünyada neftə tələbat ilin əvvəlinə olan səviyyədən çox aşağıdır. Xəstəliyin yeni variantlarının meydana gəlməsi narahat edir və proqnozlaşdırılan deyil. Yoluxma səviyyəsi təhlükə törədən dünyanın bir çox yerində yeni karantin dalğası tətbiq olunur, bunun da həmin ölkələrdə iqtisadi bərpa templərinə təsiri labüddür”, - o xəbərdar edib. **