Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə üçtərəfli görüş yaxın vaxtlarda Moskvada keçirilə bilər. Bu barədə "İnterfaks"a diplomatik mənbə məlumat verib.
"Rusiyada Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin RF prezidenti ilə üçtərəfli görüşü planlaşdırılıb", - deyə diplomatik mənbə bildirib.
Sammit yeni il tətilindən sonra keçirilə bilər, mümkün tarixlərdən biri 11 yanvardır.
“İnterfaks” bu informasiyanın rəsmi təsdiqinə malik deyil.
Bu, Qarabağ müharibəsinin başa çatmasından sonra İlham Əliyev və Nikol Paşinyanın ilk görüşü olacaq.*