Prezident İlham Əliyev Anar Kərimovun mədəniyyət naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni bu gün dövlət başçısının rəsmi saytında dərc olunub.
Prezidentin digər sərəncamı ilə Anar Kərimov mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib, eləcə də onun mədəniyyət nazirinin vəzifələrinin müvəqqəti icraçısı təyin edilməsi haqqında sərəncam ləğv edilib.*
X.Nəsirzadə