Prezident İlham Əliyev Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edib.
“Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər”, - deyə dövlət başçısı bu gün Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.
İ.Əliyev Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildiyini qeyd edib. “Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir”, - deyə prezident vurğulayıb.*
A.Əzizov