Gələn həftə Azərbaycan-İran Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək. Bu barədə İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi məlumat verib.
“18-19 yanvar tarixlərində Tehranda iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Azərbaycan-İran Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçiriləcək”, - Musəvi bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verib.
Həmçinin, səfir Hökumətlərarası Komissiyanın iclasının iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına imkan yaradacağını qeyd edib.
Azərbaycan-İran Birgə Hökumətlərarası Komissiyanın 13-cü iclası2019-cu il 19 mart tarixində Bakıda baş tutub. **
B.Rüstəmbəyov