Rusiyalı hərbi ekspert, “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko RF prezidenti Vladimir Putinin Azırbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla dünənki görüşlərini şərh edib.
“Putin və Əliyev eyni səviyyədə, bir-birinə hörmətlə söhbət etdilər, RF prezidentinin Ermənistanın baş naziri ilə görüşündən isə elə təəssürat yarandı ki, Putin Paşinyan üçün siyasi psixoterapevt rolunda çıxış edirdi”, - Korotçenko özünün Telegram kanalında bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Eyni zamanda, ekspert keçirilən görüşü yüksək qiymətləndirərək, gələcəkdə Ermənistanın böyük perspektivlər əldə edə biləcəyi Azərbaycan-Naxçıvan nəqliyyat dəhlizinin iqtisadi rolunu qeyd edib.
“İnkişaf etmiş, dayanıqlı iqtisadiyyat– cəmiyyətin rifahının təməlidir. Ermənistanın çoxtərəfli əməksdaşlıq formatlarına interqrasiyası, Azərbaycan-Naxçıvan nəqliyyat dəhlizinin açılması Ermənistan iqtisadiyyatına inkişaf üçün yeni təkan verəcək”, - ekspert vurğulayıb.
O, həmçinin əlavə edib ki, bu halda Rusiya artıq Ermənistana yeni kreditlər ayıraraq dotasiya verməli olmaz. **
X.Nəsirzadə