Rusiya sülhməramlıları Dağlıq Qarabağda atəşkəs rejiminin pozulmasını qeydə almayıb. Bu barədə Rusiya sülhməramlı kontingenti mərkəzinin rəis müavini Dmitri Perepelkin məlumat verib.
“Dağlıq Qarabağda atəşkəsin pozulması və təxribatlar qeydə alınmayıb”, – deyə Perepelkin bu gün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, tərəflərin təmas xəttində və Laçın dəhlizi boyunca qurulmuş 27 müşahidə məntəqəsində bölgədə vəziyyətin fasiləsiz monitorinqi həyata keçirilir.*