Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin bu gün telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər.
"Ərdoğan Ankaranın bölgədə sabitliyin və sülhün təmin olunması üçün göstərilən səylərə töhfə verməyə hazır olduğunu vurğulayıb. O qeyd edib ki, Ankara Dağlıq Qarabağda azərbaycanlıların və ermənilərin sülhməramlılar və monitorinq prosesi olmadan birgəyaşayışı üçün şəraitin yaradılmasına tərəfdardır", - deyə Türkiyə Prezidenti Administrasiyasının məlumatında bildirilir.
“Bu məqsədə nail olunması Türkiyə-Rusiya tərəfdaşlığının konstruktiv nəticələrini bütün dünyaya bir daha nümayiş etdirəcək”, – deyə Ərdoğan vurğulayıb.*