Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramov və Mövlud Çavuşoğlu Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının reallaşması məsələlərini müzakirə ediblər.
XİN-in Mətbuat Xidməti İdarəsindən verilən məlumata görə, nazirlərin görüşü İslamabadda baş tutub.
"Ceyhun Bayramov və Mövlud Çavuşoğlu bölgədə mövcud olan cari vəziyyəti, 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatın icrasını, eləcə də Moskva şəhərində imzalanmış 11 yanvar 2021-ci il tarixli üçtərəfli Bəyanatın reallaşması məsələlərini müzakirə ediblər”, - deyə məlumatda qeyd olunur.
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, eləcə də regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.*
R.Əhmədov