2020-ci ilin yekunları üzrə “Azexport.az” portalına ümumilikdə $610,7 milyon məbləğində ixrac sifarişləri daxil olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2019-cu illə müqayisədə sifarişlərin məbləği 2,5% artıb.
2020-ci ildə 142 ölkədən sifariş daxil olub.
2019-cu ildə “Azexport.az” portalına $595,7 milyon məbləğində ixrac sifarişləri daxil olub və 2018-ci illə müqayisədə artım 15,9% təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2016-cı ilin dekbar ayında “Azexport.az” portalını istifadəyə verib.**
B.Rüstəmbəyov