14.01.2021 14:18

DMX: 2020-ci il ərzində Azərbaycana səfər edən əcnəbilərin sayı 4 dəfə azalıb

2020-ci il ərzində Azərbaycana səfər edən əcnəbi vətəndaşların sayı 2019-cu illə müqayisədə 4 dəfə azalıb. Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

“2020-ci ildə Azərbaycana səfər edən əcnəbilərin sayı 795,761 min nəfər təşkil edib, bu da 2019-cu ilin göstəricisindən 4 dəfə azdır”, - Xidmətdən vurğulanıb.

Məlumata əsasən, hazırda Azərbayanda 18,409 min nəfər əcnəbi var. Onların əksəriyyəti – 44,805 min nəfər – RF (37,8%), 38,698 min nəfər – Gürcüstan (32,7%), 11,293 min nəfər –Türkiyə (9,5%) vətəndaşıdır.

DMX bildirir ki, 2020-ci ildə 145 nəfər readmissiya çərçivəsində Azərbaycana qayıdıb. **

X.Nəsirzadə


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.