Cümə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslamabadda Pakistan İslam Respublikası Ordusunun Baş Qərargah rəisi, ordu generalı Qamar Cavid Bacva ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verir.
“Görüş zamanı iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, o cümlədən hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb”, - məlumatda qeyd olunur.
Həmçinin, Azərbaycanın azad olunmuş ərazilərində aparılan minadan təmizlənmə fəaliyyəti, bərpa və tikinti işləri, infrastruktur layihələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. **
B.Rüstəmbəyov