2020-ci ildə Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını 34,1% azaldıb, ixracı 47,9% artırıb. Bu barədə “Gürcüstanın elektrik enerjisi sistemi kommersiya operatoru” (ESCO) SC-dən məlumat verilib.
2020-ci ildə Gürcüstanda elektrik enerjisinin istehsal həcmi 11 milyard 159,8 milyon kVt/saat təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 5,9% azdır.
Ötən il Gürcüstanda elektrik enerjisinin idxal həcmi 1% - 1 milyard 610,1 milyon kVt/saata qədər azalıb. Azərbaycandan idxalın həcmi 34,1% - 726,3 milyon kVt/saata qədər azalıb. Rusiyadan 570,6 milyon kVt/saat (artım 8,8%), Türkiyədən 313,1 milyon kVt/saat elektrik enerjisi idxal edilib.
Gürcüstandan elektrik enerjisi ixracı 36,8% - 153,8 milyon kVt/saata qədər azalıb. Azərbaycana 17,9 milyon kVt/saat elektrik enerjisi (artım 47,9%) ixrac olunub.
Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Türkiyəyə 101,8 milyon kVt/saat elektrik enerjisi (azalma 25,3%) nəql olunub.*