Azərbaycanda COVİD-19 koronavirusa qarşı vaksinasiyaya başlanıb. Bu barədə Səhiyyə Nazirliyi məlumat verir.
“Azərbaycanda 18 yanvar tarixindən etibarən yeni növ koronavirus infeksiyasına qarşı vaksinasiya prosesinə start verilib. İlk olaraq səhiyyə naziri Oqtay Şirəliyev, nazir müavinləri Viktor Qasımov və Elsevər Ağayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı və TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayevakoronavirusa qarşı peyvənd olunublar”, - məlumatda qeyd olunur.
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, peyvənd olunmuşşəxslərin müşahidəsi üçün pasportlaşdırmaaparılacaq.
Vaksinlərin alınması üçün ödənişlər Azərbaycan Respublikasının Koronavirusla Mübarizəyə Dəstək Fondunda toplanılmış vəsaitlər hesabına həyata keçiriləcək. Strategiyanın maliyyələşdirilməsi üçün qanunvericiliklə qadağan olunmayan digər maliyyə mənbələrindən də istifadə edilə bilər.
İlk olaraq tibb işçiləri vaksinasiya olunacaq və bu proses 1-1,5 həftə davam edəcək. Fevralın 1-dən isə yaşı 65-dən yuxarı olan şəxslərə vaksin vurulacaq.
Səhiyyə Nazirliyinin məlumatına görə, 2021-ci ildə Azərbaycana COVAX platforması çərçivəsində 2 milyon doza vaksin gətiriləcək. Eyni zamanda, Çinin “Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edilib. **
X.Nəsirzadə