2021-ci ildə Azərbaycanda özünüməşğulluq proqramına 16 min ailə cəlb olunacaq. Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bəyan edib.
“Cari il özünüməşğulluq proqramına cəlb olunan ailələrin sayını 16 minədək artırmaq planlaşdırılır, bu da 2020-ci ilin göstəricisindən təxminən 33,3% çoxdur”, - Kərimov bu gün ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.
O, həmçinin qeyd edib ki, ötən il bu proqrama cəlb olunan ailələrin sayı 12 min təşkil edib. **
X.Nəsirzadə