Azərbaycan prezidenti İlham Əliyev Xarkov şəhərindəki ahıllar evində baş vermiş yanğın nəticəsində 15 nəfərin həlak olması ilə əlaqədar Ukrayna prezidenti Volodimir Zelenskiyə başsağlığı verib.
“Xarkov şəhərindəki ahıllar evində baş vermiş yanğın nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını diləyirəm», - dövlət başçısının saytında dərc olunan prezidentin məktubunda deyilir.
Yanvarın 21-də Xarkov şəhərində ahıllar evində yanğın baş verib. Nəticədə, 15 nəfər həlak olub. Ukrayna DİN tərəfindən cinayət işi başlanıb. **
X.Nəsirzadə