28-29 yanvar 2021-ci il tarixlərində Bakıda Maliyyə və Texnologiyalar Sammiti keçiriləcək. Bu barədə Azərbaycan Banklar Assosiasiyasından (ABA) məlumat verilib.
“Sammit ilk dəfə olaraq onlayn keçiriləcək. Sammitdə bank və ödəniş ekosistemində yeni trendlər, innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlik mövzuları müzakirə olunacaq”, - deyə məlumatda bildirilir.
Tədbir VISA beynəlxalq kart təşkilatı ilə tərəfdaşlıq çərçivəsində Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikası Mərkəzi Bankı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə təşkil olunub.*
Ə.Məmmədov