Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Xırdalan şəhərində partlayış nəticəsində dağılmış fərdi yaşayış evinin dağıntıları altından 6 nəfəri xilas ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
“Axtarış-xilasetmə əməliyyatı davam edir. Bu gün axşam saatlarında Xırdalan şəhərində partlayışın baş verdiyi ikimərtəbəli fərdi yaşayış evinin dağıntıları altından 6 nəfər xilas edilib”, - deyə nazirliyin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, axtarış-xilasetmə əməliyyatı davam edir.*
R.Əhmədov