Fövqəladə Hallar Nazirliyi Xırdalanda fərdi yaşayış evində partlayışdan sonra axtarış-xilasetmə əməliyyatına 250 nəfərə yaxın şəxsi heyət cəlb edib. Bu barədə FHN-dən məlumat verilir.
“Ümumilikdə, əməliyyata Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətindən 228 nəfər şəxsi heyət, 19 ədəd texnika və 4 xüsusi təlim keçmiş it, Dövlət Yanğından Mühafizə Xidmətindən 20 nəfər şəxsi heyət və 3 ədəd texnika cəlb olunub”, - məlumatda qeyd olunur.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.
FHN-dən qeyd olunur ki, bazar ertəsi xilasedicilərinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində dağıntı altından 6 nəfər vətəndaş xilas olunub. «Bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, - nazirlikdən bildirilir.
Eyni zamanda, FHN hadisənin başvermə səbəbləri ilə əlaqədar məlumat vermir. **
X.Nəsirzadə