Azərişıq“Elektrik Paylayıcı Şəbəkənin yenidənqurulması” üzrə İnvestisiya Proqramı çərçivəsində şimal-qərb regionunda 6-10kV-luq hava xətlərinin, KTM-lərin və 0,4 kV-luq elektrik şəbəkəsinin yenidənqurulması üçün podratçı seçir. Bu barədə cəmiyyətin elanında deyilir.
Tenderdə iştrak haqqı – 2 min manatdır.
Şirkətlərdən tender təklifləri 10 mart saat 11:00-dək qəbul olunur. Tender proseduru 11 mart saat 11:00-da baş tutacaq.
Əlaqə telefonu : 440-39-93 (daxili 92-19).
Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.**
N.Abbasova