Azərbaycan hökuməti koronavirus pandemiyasından zərər çəkən sahibkarlıq subyektlərinə 358,2 milyon manat (cari məzənnə ilə $210,7 milyon) məbləğində maliyyə yardımı göstərib. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat verir.
Məlumata əsasən, biznes subyektlərinə bu yardım iki istiqamət üzrə göstərilib.
Birinci istiqamətə dövlət tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsidaxildir. “Bu məqsədlərə büdcədən 246 milyon manatdan artıq vəsait ayrılıb”, - nazirlikdən qeyd olunur.
İkinci istiqamətə fərdi (mikro) sahibkarlara 112,17 mln. manat məbləğində maliyyə yardımının ayrılması daxil idi (2019-cu ildə onların ödədiyi vergilərin qaytarılması - İF).
“Beləliklə, COVİD-19-dan zərər görən biznesə maliyyə dəstəyinin ümumi həcmi təxminən 358,2 mln. manat təşkil edib”, - nazirlikdən vurğulanır. **
X. Nəsirzadə