Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti arasında telefon danışığı baş tutub.
“Tərəflər bölgədəki son vəziyyət, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - deyə Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilir.
Bayramov və Viskonti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Telefon danışığı fransalı həmsədrin təşəbbüsü ilə baş tutub.*
N.Abbasova