2020-ci ildə Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsi ilə 430,2 milyon manatlıq ($253,1 milyon) əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, 2019-cu illə müqayisədə əməliyyatların həcmi 65,8% azalıb.
2020-ci ilin dekabr ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 27,9 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 69,9% azdır. Xarici vətəndaşlar 2020-ci ilin noyabr ayı ilə müqayisədə dekabr ayında bank kartları vasitəsilə əməliyyatların həcmini 4,7 milyon manat artırıblar.
2020-ci ildə Azərbaycana 795,7 min turist gəlib ki, bu da 2019-cu ilin göstəricisindən 4 dəfə azdır.
2019-cu ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 1 milyard 256,8 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 1,7% azdır.*
X.Nəsirzadə