RF Təhlükəsizlik Şurası sədrinin müaviniDmitri Medvedev Rusiya və Türkiyə tərəfindən Dağlıq Qarabağda vəziyyətə nəzarət üzrə xüsusi mərkəzin yaradılmasını regionda “uzunmüddətli siyasət elementi” kimi nəzərdən keçirməməyə çağırıb.
“Ümumi vəziyyətə xüsusi nəzarət mərkəzinin yaradılması barədə qərar qəbul olunub, burada Türkiyə və Rusiya hərbçiləri iştirak edirlər. Və bu həmçinin ümumi stabilləşmənin elementidir. Lakin mən bunu hansısa uzunmüddətli siyasətin elementi kimi qiymətləndirməzdim və ya burada konspiroloji nəzəriyyələrdən biri kimi qələmə verməzdim”, - Medvedev “İnterfaks”a və Rusiyanın bir sıra KİV-ə müsahibəsində bildirib.
Medvedev vurğulayıb: “Sadəcə olaraq, biz regionumuzda mövcud reallıqları nəzərə almalıyıq, reallıqlar isə ondan ibarətdir ki, bu gün bu məsələni həmçinin Türkiyənin tərəfdaşları ilə müzakirə etmək lazımdır”.
“Türkiyə bizim qonçumuz və çox mühüm tərəfdaşımızdır. Və Azərbaycan üçün çox yaxın olan ölkədir. Bu amili nəzərə almamaq mümkün deyil. Bizim onlarla çox səmərəli dialoqumuz var, ölkəmizin prezidenti daima bu mövzu ilə bağlı Ərdoğanla danışır”, - o bildirib. **