Aleksey Ovçinnikovun reportajında Qarabağdan olan qəhrəmanların birinin sözlərində revanşistlər partiyasının düşmən təbliğatının nəticələrini asanlıqla sezmək mümkündür, onların məqsədi Qarabağ ermənilərini, həmçinin dünya ictimaiyyətini iki xalqın sülh şəraitində yaşaya bilməyəcəyinə inandırmaqdır. Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının xarici media sektorunun müdiri Fuad Axundov “Komsomolskaya pravda” nəşrindəki məqaləsində yazır.
Misal üçün, reportajdan bir hissə:
“... Görmüsən?” – taksi sürücüsü Azərbaycan əsgərlərinin erməni dilində yol nişanını yıxaraq, onu tapdaladığı yeni videonu göstərir. Digər videolarda – qəbir daşlarını sındırırlar. Buna görə ermənilərin qonşularla barışmaq istəyi artmır. Düşmənçilik və şayiələr onsuz da dəliqanlı olan xalqı daha da qızışdırır”.
Axundov yazır ki, 10 noyabr tarixli Üçtərəfli sazişi imzalayan Azərbaycan ölkələrimiz üçün– müharibə və münaqişəsiz, sülh və normal həyata yol açan bu sənədin icrasına qətiyyətlə yönəlib. Bu, nifrət və düşmənçiliyin təbliğatı yoluna etibarlı sipərin çəkilməsinin vacib olduğu mürəkkəb prosesdir.
Və artıq burada əvvəlki tarixi dövrü və gizli mənanı nəzərə almaq vacibdir. Və videoda qəbir daşlarını sındırılmasına görə adı çəkilməyən taksi sürücüsü ilə birlikdə hiddətlənərək dəqiqləşdirmək lazımdır ki, hələ bir ay əvvəl Azərbaycanda bu əməli törədən hərbi qulluqçuların həbsi barədə elan edilib. Əfsuslar olsun ki, bu cür insidentlər mümkündür, biz hətta bütün müharibələrin çoxdan başa çatdığı Avropada bu gün bu cür halların şahidi oluruq. Cəmiyyət və dövlət tərəfindən bu hallara reaksiyanın necə olacağı vacibdir, bununla əlaqədar isə Azərbaycanda hər şey qaydasındadır.
“Azərbaycan əsgərlərinin erməni dilində yol nişanını yıxaraq, onu tapdaladığı” kadrlarına gəlincə isə anlamaq lazımdır ki: bu erməni dili və ya erməni xalqına nifrətin təzahürü deyil. Hadisə otuz il eməni işğalı altında olan, dinc Azərbaycan əhalisinin qəddarcasına qovulduğu və Azərbaycan Ordusunun hərb yolu ilə, qanı bahasına azad etməli olduğu torpaqlarda baş verir. Azərbaycan vətəndaşları üçün, xüsusilə də öz torpağını hərb yolu ilə azad edən, həyatını riskə atan və dostlarını itirən əsgərlər üçün bu lövhə - Azərbaycan torpağında, sözün düzünü desək, işğalçıların olmasının nişanıdır. Və həmin işğalçılar, reportajda da qeyd olunduğu kimi, 30 il əvvəl azərbaycanlıların qovulduğu kəndin tarixi adının əks olunduğu lövhəni çıxararq onun yerinə bu məntəqə üçün hansısa yeni erməni adı düşünərək lövhənin üzərində yazıblar və köhnə lövhənin yerinə asıblar.
Tam aydın məsələdir ki, milliyyətindən asılı olmayaraq, azərbaycanlı, erməni, rus, fransız və ya vyetnamlı olsun, həmçinin Ovçinnikovun reportajındakı həmin taksi sürücüsü olsun, bu cür yeni lövhə ilə heç kəs yaxşı davranmayacaq, üstündəki tozu yumşaq salfet ilə silməyəcək. Ermənistan tərəfindən işğal olunmuş Ağdamda hər şey, teatr, unikal Çörək Muzeyi, evlər, məktəblər, xəstəxanalar dağıdılıb. Yalnız məscidi saxlayıblar – onun uca minarələri artilleriyaçılar və təyyarəçilər üçün oriyentir rolu oynayırdı. Lakin məscidin binasında inək və donuz saxlayıblar. Şuşada İkinci Yekaterinanın elçisi ilə danışıqlar aparan dahi şair, Qarabağ xanının vəziri Vaqifin məqbərəsi məhv edilib. Lakin buna baxmayaraq, Azərbaycanda şübhə etmirlər ki: xalqlarımız arasında sülhə alternativ yoxdur. Biz hamımız – həm azərbaycanlılar, həm ermənilər, həm də “üçüncü ölkələrin” nümayəndələri çoxdan anlamalıyıq ki, nifrət və dözümsüzlük təbliğatçıları öz xalqları qarşısında necə cinayət törədirlər.
Xüsusilə coğrafiya məsələlərinə aydınlıq gətirmək istərdim. 1992-ci ilə qədər heç bir Rusiya və ya sovet xəritəsində “Şuşi” adına rast gəlməzsiz – bu şəhərin adı Şuşadır, başqa adı yoxdur. “Şuşi” adı Ermənistan tərəfindən işğal olunandan sonra süni şəkildə uydurulub. Eynilə, Füzulini “Varand”, Laçını – “Berdzor”, Zabux kəndini – “Aqavno” və s. adları dəyişmişdilər.
“Müharibənin növbəti xoşagəlməz nəticəsi... Ermənistanın Sünix vilayəti oldu! Respublikanın rəhbəri Nikol Paşinyan Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən bir millimetr belə geri çəkilmədiyini bəyan etdiyi zaman vilayətin bir neçə kəndində GPS məlumatlarına istinad edən azəbaycanlılar peyda olaraq, bəyan ediblər ki, bura onların ərazisidir” hissənin doğrudan da, dəqiqləşdirilməyə ehtiyacı var. Xatırlatmağa məcburuq: bəli, bu gün həmin regionda sərhədlərin dəqiqləşdirilməsi prosesi həyata keçirilir. Və bu köhnə sovet xəritələri və GPS göstəriciləri əsasında həyata keçirilir. Hətta prosesin “moderatorları” Rusiya nümayəndələri olub və olaraq qalırlar. Digər məsələ ondan ibarətdir ki, burada da xoş olmayan spesifik xüsusiyyət var. Hələ 1992-1993-cü illərdə həmin Sünix vilayətinə bitişik olan Azərbaycan rayonları Ermənistan tərəfindən işğal olunub. Sərhədi de-fakto yüz kilometrdən çox Azərbaycanın daxilinə çəkiblər. A.Ovçinnikovun həmsöhbətləri də etiraf edirlər ki, azərbaycanlıların qovulduğu “yad evlərdə” məskunlaşıblar. Özgənin ərazisində evlər tikiblər, yollar çəkiblər, bostan salıblar və qanunla bu torpağın kimə məxsus olması barədə düşünməyiblər. İndi isə, həmin torpaqlar hərbi-siyasi yolla azad olunandan sonra sərhədləri müəyyənləşdirmək zamanı çatıb. Bəli, bu xoşagəlməzdir və ağırdır. Ancaq ölkələrimizin beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etməkdən başqa yolu sadəcə olaraq yoxdur. Biz bu sərhədin hər iki tərəfində başa düşməliyik: sülhməramlıların olması – müəyyən mənada müvəqqəti tədbirdir. Biz yan-yana yaşamağı öyrənməliyik və biri-birimizdə düşmən görməməliyik. Və ən başlıcası – təxribatçı ritorikadan əl çəkib onu yaradıcı ritorikaya çevirməliyik.
Əsrlər boyu azərbaycanlılar və ermənilər birlikdə yaşayıblar və nəinki Ermənistanda və Azərbaycanda, həm də digər ölkələrdə - Gürcüstanda, Rusiyada, İranda, Türkiyədə və s. birgə yaşamağa davam edəcəklər. Onların uyuşmazlığı barədə danışanlar misal üçün, bu gün də bağlanan milyonlarla birgə nikahları açıq sürətdə görməməzdən gəlirlər. **