Azərbaycan hərbçiləri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi-2021” təlimləri çərçivəsində mürəkkəb əməliyyat şəraitində döyüş əməliyyatlarının mühəndis təminatı üzrə taktiki-xüsusi tapşırıqları yerinə yetiriblər.
“Əsas diqqət tank körpüquranları, maneələğvetmə texnikası və mühəndis döyüş sursatlarının tətbiq edilməsinə yönəldilib”, - Müdafiə Nazirliyi məlumat verir.
Xəbəır verildiyi kimi, birgə “Qış təlimi-2021” təlimlərinə fevralın 1-də start verilib və fevralın 12-dək davam edəcək.
Təlimlər Azərbaycan Əlahiddə Ümumqoşun Ordu və Türkiyə Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilir. **
X.Nəsirzadə