Azərbaycan prezidenti İlham Əliyev cümə günü Əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.
Müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci il 1 yanvar tarixinədək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin; istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2021-ci il 1 yanvar tarixinədək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin. **
R.Əhmədov