2020-ci ildə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən büdcə təşkilatlarında aparılan yoxlamalar büdcəyə 37 milyon 535 min manatın bərpasını təmin edib. Bu barədə maliyyə naziri Samir Şərifov bəyan edib.
«Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən büdcə təşkilatlarında aparılan yoxlamalarda ümumilikdə 89 milyon 240 min manat məbləğində artıq və əsassız ödənişlər aşkarlanıb, həmin məbləğdən 37 milyon 535 min manatı yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib”, - Şərifov nazirliyin geniş kollegiya iclasında bildirib.
Nazir vurğulayıb ki, yeni büdcə proqnozlaşdırma proqramının tətbiqi ilə bağlı son tamamlanma işləri aparılır.
Şərifov əlavə edib ki, Maliyyə Nazirliyi 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə 2023-2025-ci illər üçün büdcə xərclərinin tərtibi prosesinə start verib. **
R.Əhmədov