“Riyakarlıq – “Qarabağın rus icmasının rəhbəri müharibədən sonrakı həyatı təsvir edib” iddialı başlıq altındakı məqaləni məhz bu cür dəqiq xarakterizə etmək olar. Heç kəs üçün sirr deyil ki, bu cür görüşlər və belə məqalələr daha çox özlərinin məqsədləri və “göstərişləri”nin həyata keçirilməsi məqsədilə “yerli hakimiyyət” tərəfindən təşkil olunur”. Bunu politoloq Fuad Axundov Rusiyanın “Moskovski komsomolets” nəşrindəki məqaləsində yazıb.
Daha sonra Axundov yazır ki, “MK”-nin jurnalistinin həmsöhbəti, özünü “Dağlıq Qarabağın Rus icmasının rəhbəri” kimi təqdim edən Qalina Somova eşidilməsi və oxunulması xoş olacaq məqamları səsləndirir, həm də hörmətli Rusiya nəşrində, eyni zamanda sözlərinin nə dərəcədə uyğunluq təşkil etməsi, daha doğrusu, həqiqətlə nə dərəcədə ziddiyyət təşkil etməsi onu qayğılandırmır.
Q.Somova gileylənir: yerli rusların pravoslav kilsəsi yoxdur. Və əlavə edir: “Yeri gəlmişkən, bizim burada öz kilsəmiz olmalıdır, lakin arzularımız hələlik yerinə yetməyib. 2010-cu ildə kilsənin tikintisini nəzərdə tutulan yerdə təməl qoyulub və xaç təqdis edilib”. Hələlik isə yalnız Rusiya sülhməramlı kontingentin keşişi Boris ataya ümid etmək qalır.
İzah edək. Xatırladaq: dünən Qarabağda, Xocavənd şəhərində (erməni adı - Martuni) nasist, Hitlerin əlaltısı Qaregin Njdenin heykəli ucaldılıb. Həmin Njde ki, Holokost qurbanlarından oğurladıqları qiymətli əşyaları, əsasən qızılı “satmaq” üçün hitlerçilərə köməklik edib. Fürerə xidmət etdiyinə görə Sovet məhkəməsi onu 25 il müddətinə düşərgələrdə cəza çəkməyə məhkum edib. İndi həmin subyektə heykəllər ucaldırlar. Hitlerə xidmət etdiyinə görə deyil – “sadəcə” azərbaycanlıların etnik təmizlənməsinə görə. Və bugünkü Ermənistan həmin siyasəti dəqiqliyi ilə davam etdirir.
Qeyd olunması xoş olmasa da, lakin bir neçə il öncə Rusiya “ulduzlarının” iştirakı ilə Njde barədə hətta bioqrafik şit və ürəkbulandırıcı film də çəkilib. Həmin filmdə onun Hitlerə xidmət etməsi barədə bir kəlmə belə olmasa belə, səciyyəvi epizod yer alır. Zəngəzurda neçə “türk kəndinin” qalması barədə məruzə edirlər və o bildirir ki, “Biz həmin kəndləri azad edəcəyik!” Lakin həmin kəndləri yerli dinc əhalidən “azad etmək” niyyətindədir. Daha sonra müasir Ermənistanda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafındakı rayonları işğal edirlər, harada ki, gözə çarpan dərəcədə erməni əhalisi ümumiyyətlə olmayıb, daha sonra bu torpaqları “azad olunmuş ərazilər” adlandırırlar. Sevindirici haldır ki, artıq Ermənistanın özündə artıq indi politoloqlar sual edirlər: həmin torpaqları kimlərdən azad etmişik?
Sanki bütün bu kəndlər yağı düşmən tərəfindən işğal olunub, Njde isə xilaskar-qəhrəman kimi onları azad etməyə çalışır, xeyr, əslində söhbət dinc Azərbacan kəndlərindən gedir, həmin kəndlərin sakinlərinin “günahı” yalnız erməni deyil, azərbaycanlı doğulmaq idi, Njde isə onların torpaqlarında özünün “Dağlıq Ermənistan”ını yaratmaq niyyətində olub. Bu hərbi cinayətkarın abidəsi artıq İrəvanın mərkəzində ucalır. Rusiyada da xatirə lövhəsi quraşdırmaq cəhdi olub, lakin Rusiya hökuməti buna imkan verməyib. Beləliklə, lazımsız “abidə” üçün vəsait tapılıb, pravoslav kilsə üçün isə tapılmır. Həmçinin Şuşada “Qarabağ parlamentinin” binası üçün pul tapıldı. Ancaq pravoslav kilsə üçün tapılmadı.
Başqa bir məsələni xatırladaq. Erməni işğalından əvvəl Dağlıq Qarabağda pravolav kilsələr olub. Erməni işğalı dövründə onlarla necə davranıldığı isə maraqlı məsələdir.
Hələ XIX əsrdə Qarabağın tarixi paytaxtı olan Şuşa şəhərində Müqəddəs İohannrus pravoslav kilsəsi inşa olunub. Həmin kilsə Şuşada bu şəhərin yerli sakinləri – azərbaycanlılar yaşadığı bütün illər boyu var olub: Rusiya İmperiyası dövründə, müstəqil Azərbaycan Demokratik Respublikası illərində, həm sovet Azərbaycanı dövründə, həm Azərbaycanın müstəqilliyi elan olunandan sonra 1991-1992-ci illərdə Şuşa şəhəri işğal olunana qədər.
Yeni erməni “sahibləri” onunla necə davrandılar? Pravoslav gümbəzi dağıtdılar, kilsəni erməniləşdirdilər və erməni kilsəsi elan etdilər. Somovanın müsahibəsində bu barədə bir kəlmə belə yoxdur. Onu yalnız Şuşa və Hadrutda rus qəbiristsanlığının qorunması məsələsi narahat edir.
Xanım Somovanı inandırmağa tələsirik: Azərbaycan - sivil ölkədir. Tarixi abidələrlə və xüsusilə qəbiristanlıqda məzarlarla “döyüşmək” niyyətində deyilik. Erməni məzarları ilə bağlı insidentə gəlincə isə, növbəti dəfə xatırladırıq: Azərbaycan Baş Prokurorluğu bu məsələ ilə əlaqədar araşdırma aparır, həmin kadrlardakı hərbçilər həbs olunublar. Maraqlıdır: Ermənisanda buna oxşar bir nümunə varmı? Ermənistan vətəndaşlarından bir nəfər belə hərbi cinayətlərə görə, dağıdılmış və talan edilmiş muzeylərə görə, sözün əsl mnasında, donuz damına çevrilmiş məscidlərə görə cəza çəkibmi?
Hadrut və onun ətrafı barədə xüsusilə söz açmaq lazımdır. Burada, daha dəqiq desək, yaxınlıqdakı Kuropatkino kəndində Müqəddəs Diriliş Kilsəsi rus pravoslav kilsəsi olub. İndi görünüşünə baxın. Xeyr, bu müharibənin izləri deyil – erməni işğalçıları onu sadəcə olaraq dağıdıblar.
Həm də divarlarında tamamilə aydın qraffiti saxlayıblar. Erməni işğalı ilə yanaşı Qarabağa polittexnologiyaların xoş olmayan “ixracı” həyata keçirilib. İrəvanın “Sputnik” nəşri onlar barədə açıq şəkildə bəyan edib: “90-cı illərin əvvəlində İsaakyan küçəsi 38 saylı evin divarından “Rus incəsənət Muzeyi” lövhəsi çıxarılandan sonra bu kobudluğa uşaq zarafatı kimi yanaşdırlar. Moskvalı professor Aram Abramyan İrəvana hədiyyə etdiyi rəsm əsərləri həmin Muzeydə saxlanılırdı. İrəvanda polis polkuna hücum edənlər “Bizim mübarizəmiz Rusiya müstəmləkəçiliyinə qarşı yönəlib, Rusiya telekanallarını bağlamaq lazımdır, Rusiya sərhədçilərini hərbi növbətçilikdən dərhal çıxarmaq lazımdır, Gümrüdəki hərbi bazanı ləğv etmək lazımdır” şüarları səsləndirdikləri zaman elə bilirdilər ki, səs-küy edib sakitləşəcəklər. Hələ Hitlerin əlaltısı Njdeyə pərəstişin “ixracı”, nəzarətdə olan ərazilərin “etnik təmiz” ərazilərə çevrilməsi, tarixi abidələrin məhv edilməsi. Bütün dünya İrəvanın misalında bunu artıq görüb. Burada qala, məscid, xan sarayı, tarixi binalar məhv edilib. Eyni şey Qarabağda da təkrarlanıb, burada hər şey barbarcasına dağıdılıb: məscidlər və teatrlar, muzeylər və məktəblər, evlər və hətta qəbiristanlıqlar.
Bu cinayətlərin “müəllifləri” cəzasız qalacaqlarına əmin idilər. Onlar şübhə etmirdilər ki, dağıdılmış kilsələrin taleyi barədə heç kim xəbər tutmayacaq. Və hər vəchlə Rusiyanın dostu kimi çıxış etməyə çalışırdıdılar. Ancaq Azərbaycan Ordusu tərəfindən bu torpaqlar azad edildikdən sonra çoxları üçün münasib olmayan detallar və təfərrüatlar üzə çıxır. Hətta jurnalistlərdən ibarət böyük bir qrup azad olunmuş torpaqlara yola düşüb. Buna görə erməni millətçiləri “qabaqlayıcı oyun” oynamağa çalışırlar.
Lakin faktları heç bir şey dəyişə bilməz. Və heç bir riyakarlıqlarla onları ört-basdır etmək mümkün deyil. **