2021-ci ilin yanvar ayında Azərbaycanda gündəlik neft hasilatı dekabr ayında 587 min barrel göstəriciyə qarşı 593 min barrel təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“2021-ci ilin yanvar ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 752 min barrel olub. Bunun 593 min barelini xam neft, 159 min barrelini isə kondensat təşkil edib. Azərbaycan yanvarda xam neft hasilatını sutkada 125 min barrel azaldıb”, - nazirlikdən qeyd olunur.
Ölkənin gündəlik hasilatın 2018-ci ilin oktyabr ayına olan göstəricidən 123 min barrel - 595 min barrelədək azaldılması ilə bağlı öhdəliyi nəzərə alınmaqla yanvarda “OPEC+” üzrə öhdəlik 100,3% yerinə yetirilib. **
N.Abbasova