Azərbaycan Müdafiə Nazirliyi məlumat verir ki, tankçılar 2021-ci ildə ilk döyüş atışlarını icra ediblər.
“Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun tank bölmələrinin şəxsi heyətinin döyüş mərmiləri ilə yoxlama atışları üzrə məşğələləri keçirilib”, - məlumatda qeyd olunur.
Bildirilir ki, atışlar zamanı müxtəlif məsafələrdə quraşdırılmış hədəflər dəqiq atəşlə məhv edilib. **
X.Nəsirzadə