16.02.2021 10:40

Bu il Azərbaycanın 37 müəssisəsi Rusiyaya alma ixrac edə bilər, ixrac proqnozu 88 min tondan çoxdur

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) 2021-ci ildə Azərbaycanın 37 alma istehsalı müəssisəsinə RF-yə ixrac üçün icazə verib. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

“Məsələ ilə bağlı AQTA və Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətin nümayəndə heyətləri arasında videokonfrans formatında görüşlər keçirilib, alma ixracına qoyulan məhdudiyyətlə bağlı geniş müzakirələr aparılıb, eləcə də agentliyin əməkdaşları tərəfindən təsərrüfatlarda monitorinqlər keçirilib”, - deyə məlumatda bildirilir.

AQTA qeyd edir ki, ixrac üçün icazə verilmiş 37 alma istehsalı müəssisəsinin 2021-ci ildə ixrac proqnozu 88,232 min tondur.

2020-ci ildə 67 alma istehsalı müəssisəsi Rusiya Federasiyasına 66,924 min ton alma məhsulu ixrac edib.

Beləliklə, bu il Azərbaycandan RF-yə alma ixracı ən azı 31,8% artacaq.*

B.Rüstəmbəyov


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.