Fevralın 19-da Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
“Fevralın 19-da Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçiriləcək”, – deyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
XİN qeyd edir ki, fevralın 18-də Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu, fevralın 19-da isə Gürcüstanın baş nazirinin müavini-xarici işlər naziri David Zalkaliani Azərbaycana səfərə gələcək.
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov M.Çavuşoğlu və D.Zalkaliani ilə ikitərəfli görüşlər keçirəcək”, - deyə məlumatda vurğulanır.*
N.Abbasova