2021-ci ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin profisiti 1 milyard 88,7 milyon manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 2 milyard 320,6 milyon manat (2020-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə artım 27,4%), xərcləri 1 milyard 231,9 milyon manat (azalma 12,2%) təşkil edib.
Yanvar ayında Azərbaycanda ÜDM-in nominal həcmi 6 milyard 256,8 milyon manat təşkil edib. Beləliklə, hesabat dövründə dövlət büdcəsinin profisiti ÜDM-in 17,4%-ni təşkil edib.
2021-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 25 milyard 427 milyon manat, xərcləri üzrə proqnoz 28 milyard 543 milyon manat təşkil edir. Dövlət büdcəsinin kəsiri 3 milyard 116 milyon manat və ya ÜDM-in 4,1%-i səviyyəsində proqnozlaşdırılır.*
Ə.Məmmədov