2021-ci ilin yanvar ayında Azərbaycanda 41,6 milyon manat dəyərində tikinti materialları istehsal olunub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 21,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 233,5 min ton sement (artım 21,7%), 1,1 min ton tikinti gipsi (artım 3,7 dəfə), 134,5 min ton sementdәn tikinti blokları vә kәrpiclәri (artım 16,8%), 3,2 min ton tikinti əhəngi (artım 52,4%), 3,2 min ton süni daş və ya beton (artım 14,3%) istehsal olunub.
Yanvar ayında emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 62,2% - 314,1 tonadək, asfalt istehsalı 61,4% - 3,4 min tonadək, tikinti kərpici istehsalı 11,6% - 35,8 min kubmetrədək, betondan yığma tikinti konstruksiyalarının istehsalı 10% - 3,6 min kubmetrədək azalıb.*
B.Rüstəmbəyov