Prezident İlham Əliyev Azərbaycan və Türkiyə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərini nəzərdə tutan protokolu təsdiq edib.
Protokol 2020-ci il dekabrın 10-da imzalanıb. Sənədin mətni Azərbaycan Prezidentinin saytında dərc olunub.
Sənədə əsasən, Azərbaycan və Türkiyə vətəndaşları şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlər həyata keçirə biləcəklər.
Daha əvvəl Azərbaycan və Türkiyə vətəndaşların qarşılıqlı olaraq 90 gün müddətində vizadan azad səyahət etməsi məsələsini həll ediblər. Bu saziş 13 avqust 2020-ci il tarixində qüvvəyə minib.*
R.Əhmədov