2020-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi $970 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2019-cu ildə ölkəyə pul köçürmələrinin həcmi $934 milyon təşkil edib. Beləliklə, 2020-ci ildə pul köçürmələrinin həcmi 3,9% artıb.
2020-ci ilin IV rübündə pul köçürmələrinin həcmi $329 milyon təşkil edib.
2019-cu ildə Azərbaycana pul köçürmələrinin həcmi $934 milyon təşkil edib və 2018-ci illə müqayisədə 13,5% azalıb.*
Ə.Məmmədov