Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzinin uğurla fəaliyyət göstərdiyini bildirib.
“Ərdoğan Putinlə telefon danışığı zamanı qeyd edib ki, Türkiyə-Rusiya Birgə Mərkəzi öz missiyasını uğurla yerinə yetirir. O əlavə edib ki, atəşkəsin qorunması üçün bütün məsələlərdə birgə səylər göstərilməlidir”, - deyə “Anadolu” agentliyinin məlumatında bildirilir.
Türkiyə Prezidenti Azərbaycan, Türkiyə və RF-dən olan ekspertlərə Dağlıq Qarabağda avtomobil və dəmir yollarının vəziyyətinin yaxşılaşdırılması məsələsini müzakirə etməyi təklif edib.*