Milli Məclis bu gün keçirilən plenar iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunu təsdiq edib.
Xəbər verildiyi kimi, 2021-ci il yanvarın 21-də Azərbaycan ilə Türkmənistan arasında Xəzərdə “Dostluq” (əvvəlki adı “Kəpəz”) yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı və işlənilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
“Dostluq” yatağı 1986-cı ildə azərbaycanlı mütəxəssislər tərəfindən kəşf edilib. Azərbaycan tərəfinin məlumatına görə, yatağın neft ehtiyatları təqribən 50 milyon ton həcmində qiymətləndirilir.**
Ə.Məmmədov