Azərbaycanda 200 mindən artıq vətəndaş COVID-19 koronavirus infeksiyası əleyhinə vaksinasiya edilib. Bu barədə Səhiyyə Nazirliyi məlumat verib.
“Fevral ayının 23-ü üçün 200 mindən artıq vətəndaş COVID-19 xəstəliyinə qarşı vaksinasiya edilib”, - məlumatda qeyd olunur.
Azərbayan əhalisi 10 milyon nəfəri ötür. Beləliklə, əhalinin təxminən 2%-i COVİD-19 əleyhinə vaksinasiya edilib.
2021-ci il yanvarın 18-də Azərbnaycanda koronavirus əleyhinə vaksinasiya prosesinə start verilib.
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesihəyata keçirilir. **
X.Nəsirzadə