2021-ci ilin yanvar ayında Azərbaycanda banklar biznes və istehlak kreditləri üzrə portfeli azaldıb, ipoteka kreditləşməsini azaldıb.
Mərkəzi Bankın məlumatına görə, 2021-ci il yanvarın 31-nə bankların kredit portfeli 14 milyard 213,8 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,4%) həcmində qiymətləndirilir.
Yanvar ayı ərzində banklar biznes kreditləri üzrə portefli 0,3% - 8 milyard 456,7 milyon manatadək və ya bankların bütün kredit portfelinin 59,5%-i səviyyəsində azaldıb.
Hesabat ayı ərzində ərzində banklar istehlak kreditləşməsi üzrə portfeli 1,1% - 3 milyard 702,6 milyon manatadək artıb, xüsusi çəki 26% təşkil edib.
Yanvarda banklar ipoteka kreditləri üzrə portfeli 1,8% - 2 milyard 54,5 milyon manatadək və ya bankların bütün kredit portfelinin 14,5%-dək artırıb.
2021-ci il yanvarın 31-nə Azərbaycanda 26 bank fəaliyyət üçün lisenziyaya malikdir.**
X.Nəsirzadə