Azərbaycan 2020-ci ildə $29 milyon 500,86 min dəyərində 72,087 min ton təzə alma ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
2019-cu illə müqayisədə alma ixracı miqdar ifadəsində 25,6%, dəyər ifadəsində 26,4% azalıb.
İxracın əsas həcmi Rusiyanın payına düşüb. Xüsusilə, 2020-ci ildə RF-yə $27 milyon 704,97 min dəyərində (azalma 24,6%) 66,924 min ton təzə alma (azalma 24,3%) ixrac edilib. Ümumilikdə, 2020-ci il ərzində Azərbaycandan alma ixracının 92,8%-i Rusiyanın payına düşüb.
2019-cu ildə Azərbaycan $40 milyon 86,15 min dəyərində 96,892 min ton alma ixrac edib. İxracın əsas həcmi ($36 milyon 767,88 min dəyərində 88,921 min ton) Rusiyanın payına düşüb.**
B.Rüstəmbəyov